Noyabrın 11-də Azərbaycan Dillər Universitetinin rektoru,
Milli Məclisin deputatı, professor Səməd Seyidov Erasmus
Mundus layihəsinin yeni çağırışının başlanması ilə
əlaqədar Hermes/Ember proqramının xarici nümayəndələrini
qəbul edib. Rektor universitetin beynəlxalq
əlaqələrindən danışaraq ADU-nun Avropa universitetləri
ilə əlaqələrindən və layihələrdə iştirakından söz açıb.
ADU-nun TEMPUS proqramı üzrə iki dəfə layihənin
koordinatoru olduğunu vurğulayan rektor
universitetlərarası əlaqələrin yaradılmasının
vacibliyini və bu sahədə TEMPUS-un əhəmiyyətini qeyd
edib.
Nümayəndələr təmsil etdikləri ali təhsil müəssisələri
haqqında məlumat veriblər. Onlar ADU-da tələbələrin
müxtəlif dillərdə yüksək səviyyəli danışıq
qabiliyyətinin şahidi olduqlarını məmnunluqla
bildiriblər.
Görüşdən sonra Erasmus Mundus layihəsinin yeni
çağırışının başlanması ilə əlaqədar Hermes/Ember
proqramının xarici nümayəndələri tərəfindən tələbələrə
təqdimat keçirilib. İspaniyanın Sevilya Universitetinin
professoru, Ember proqramı üzrə koordinator Rafael
Vaqner, həmin universitetin Ember proqramı üzrə
təmsilçisi Juan Pablo Lopez Moreno və professoru Javier
Padillo, Yunanıstanın Afina Universitetinin professoru,
Hermes proqramı üzrə koordinatoru Amalia Moser,
Gürcüstanın Tbilisi Dövlət Universitetinin Ember və
Hermes proqramları üzrə koordinatoru Tea Gergedava və
professoru Nino Chikhladze, Almaniyanın Viadrina
Universitetinin Ember və Hermes proqramları üzrə
tərəfdaşı Carsten Grunvaldt, Bolqarıstanın Sofiya
Universitetinin Hermes proqramı üzrə tərəfdaşı Qalina
Sokolova təqdimatla çıxış edərək Erasmus Mundus
layihəsinin tarixi, bu layihədə yer alan Hermes və Ember
proqramları haqqında geniş məlumat veriblər. |