Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris
ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə
ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam
etməkdədir.
Qeyd edək ki, növbəti səyyar qəbullar Suraxanı və
Yasamal rayonlarında keçirilmişdir. Yasamal rayonu üzrə
18 nömrəli məktəbdə keçirilən səyyar qəbulda 18, 20, 31,
38, 52, 150, 161, 225, 286, 308 nömrəli məktəblərin, 7
nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Tennis
İdman Məktəbinin, 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Şahmat-Dama İdman Məktəbinin, 11 nömrəli
Uşaq-Gənclər İdman Məktəbinin müəllim və valideynlərinin
müraciətləri dinlənilmişdir.
Suraxanı rayonu üzrə 317 nömrəli məktəbdə keçirilən
səyyar qəbula isə Zığ qəsəbəsində yerləşən 65, 317, Dədə
Qorqud qəsəbəsində yerləşən 315, Hövsan qəsəbəsində
yerləşən 76, 118, 196, 270, 280, 281 nömrəli
məktəblərin, 40 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin
müəllim və valideynləri müraciət etmişlər.
Səyyar qəbullar saat 10:00- da başlamış və vətəndaşların
müraciəti bitənədək davam etmişdir. Suraxanı rayonu üzrə
11 müraciət, Yasamal rayonu üzrə isə 14 müraciət qəbul
edilmişdir.
Əsas müraciətlər məktəblərin təmir edilməsi, əlavə
korpusların tikilməsi, məktəblərin birnövbəli sistemə
keçməsi ilə bağlı olmuşdur. Müəllim və valideynləri
narahat edən bu kimi məsələlər BŞTİ-nin rəhbər şəxsləri
tərəfindən diqqətlə dinlənilmiş və idarənin struktur
bölmələrinə müvafiq tapşırıqlar verilmişdir. |