Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

"Liderlik və idarəetmə" təliminə start verilib

 

Böyütmək üçün şəkili seçinBakıda Təhsil Nazirliyi, "Allianz Consult" MMC və "GİZ" Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə layihəsi olan "Liderlik və idarəetmə" təlimi başlayıb.

Təlimin keçirilməsində məqsəd ilk peşə-ixtisas təhsili müəssisələri üçün müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək direktorlar yetişdirmək və onların bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

"Liderlik və idarəetmə" təliminin başlanması münasibətilə keçirilən tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar barədə məlumat verib. Qeyri-neft sektoruna xüsusi önəm verildiyini bildirən nazir müavini bu sahənin inkişafında peşə təhsilinin böyük əhəmiyyəti olduğunu deyib. F.Qurbanov "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda peşə təhsilinə böyük yer ayrıldığını qeyd edib. Nazir müavini bu təlimin peşə təhsilinin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu vurğulayıb.

"GİZ" Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin ölkəmizdəki nümayəndəsi Henninq Tvesten, "Allianz Consult" MMC-nin eksperti Anar Məmmədov təlim barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Təhsil Nazirliyi, "Allianz Consult" MMC və "GİZ" Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan kadrlar üçün keçirdiyi "Liderlik və idarəetmə" təliminin iştirakçıları müsabiqə əsasında müəyyənləşdirilib. İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrini əhatə edəcək. Təlimlər iki qrup olmaqla bir nəfər beynəlxalq və bir nəfər yerli ekspert tərəfindən idarə olunacaq. 3 ay davam edəcək təlimlərdən sonra iştirakçılar Təhsil Nazirliyi tərəfindən təşkil olunan imtahanlarda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərənlərə "Uğur sertifikatı" təqdim olunacaq. "Uğur sertifikatı" əldə etmiş və hazırda ilk peşə-ixtisas təhsili müəssisəsinin direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr tətbiq olunacaq. Hazırda direktor vəzifəsində çalışmayan şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kimi qeydə alınacaqlar. 

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov