Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

Təhsil Nazirliyinin nümayəndə heyəti Yaponiyada işgüzar səfərdədir

 

Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiyada işgüzar səfərdədir.

Səfərin məqsədi YUNESKO və Yaponiya hökuməti tərəfindən "Davamlı İnkişaf və Təhsil" mövzusunda təşkil edilmiş konfransda iştirak etməkdir.

Konfrans son 10 il ərzində BMT tərəfindən dünyanın müxtəlif ölkələrində davamlı inkişafa nail olmaq istiqamətində təhsil sahəsində həyata keçirilmiş müxtəlif layihələrin nəticələrinin və növbəti 10 il ərzində bu sahədə görüləcək işlərin müzakirəsinə həsr edilib.

Tədbir çərçivəsində nazir müavini davamlı inkişaf və təhsil sahəsində Azərbaycan hökumətinin həyata keçirdiyi dövlət proqramları, ölkə Prezidenti tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası", o cümlədən Heydər Əliyev Fondu tərəfindən müvafiq istiqamətlərdə həyata keçirilmiş layihələr haqqında məlumat verib.

Tədbirin ekspertlər səviyyəsində keçirilmiş müzakirələrində Təhsil Nazirliyinin məsul əməkdaşları müxtəlif mövzular üzrə təqdimatlarla çıxış ediblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov