Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

Dünyanın ən yüksək reytinqli universitetlərində təhsil alan azərbaycanlı tələbələr

 

Fərman FƏRMANOV,
Oksford Universitetinin tələbəsi
 

1993-cü ildə Rusiya Federasiyasında anadan olub. 2010-cu ildə Bakı  Özəl Türk Liseyini bitirib.  2014-cü  ildə  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  kompüter elmləri üzrə  Böyük  Britaniyanın Mançester Universitetində təhsilini başa vuraraq bakalavr dərəcəsi alıb. Hazırda isə  Dövlət Proqramı çərçivəsində  Böyük  Britaniyanın Oksford Universitetində informasiya texnologiyaları  ixtisası üzrə magistr  təhsilini davam etdirir.


Fuad HÜSEYNOV,
Harvard Universitetinin tələbəsi

1982-ci ildə Bakıda anadan olub. 1999-cu ildə Bakı şəhəri 23 nömrəli orta məktəbi bitirib. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bitirərək bakalavr dərəcəsi alıb. 2014-cü ilin aprelindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının Harvard Universitetində dövlət idarəçiliyi ixtisası üzrə magistr təhsili alır.


Cahangir MƏMMƏDOV,
Oksford Universitetinin tələbəsi

1991-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Bakı Özəl Türk Liseyini bitirib. 2014-cü  ildə  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  kompüter elmləri üzrə  Böyük  Britaniyanın Mançester Universitetində təhsilini başa vuraraq bakalavr dərəcəsi alıb. Hazırda isə Dövlət Proqramı çərçivəsində  Böyük  Britaniyanın Oksford Universitetində informasiya texnologiyaları  üzrə  magistr təhsilini davam etdirir.


Xəyalə EYLAZOVA,
Kembric Universitetinin tələbəsi

1982-ci ildə Bakıda anadan olub.  1999-cu ildə  Bakıdakı 271 nömrəli tam orta məktəbi bitirib.  2003-cü ildə Xəzər Universitetini beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirərək bakalavr dərəcəsi alıb. 2005- 2007-ci illərdə Norveç Biznes Məktəbində  beynəlxalq menecment ixtisası üzrə  təhsil  alıb.  Hazırda  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Böyük  Britaniyanın  Kembric Universitetində biznesin idarə olunması ixtisası üzrə magistr təhsilini  davam etdirir. 


Əlikram İSAYEV,
Harvard Universitetinin tələbəsi

1990-cı ildə İmişli rayonunda anadan olub. 2007-ci ildə  N.Gəncəvi adına  2 nömrəli tam orta məktəbi bitirib.  2011-ci  ildə  Bakı  Dövlət  Universitetini beynəlxalq hüquq ixtisası üzrə bitirərək bakalavr  dərəcəsi alıb. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Amerika  Birləşmiş  Ştatlarının  Harvard Universitetində  ictimai siyasət ixtisası üzrə magistr təhsili alır.


Məsmə NƏCƏFZADƏ,
Oksford Universitetinin  tələbəsi

1983-cü ildə Bakıda anadan olub. 2000-ci ildə Bakıdakı 46 nömrəli tam orta məktəbi əla qiymətlərlə başa vurub.  2004-cü ildə Ali  Diplomatiya  Kollecini beynəlxalq münasibətlər ixtisası üzrə  bitirərək bakalavr  dərəcəsi alıb. 2012- 2014-cü illərdə Böyük  Britaniyanın Oksford Universitetində magistr təhsili alıb. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Böyük  Britaniyanın  Oksford Universitetində şərqşünaslıq ixtisası üzrə doktorantura təhsili alır.


Murad İSMAYILOV,
Kembric Universitetinin tələbəsi

1982-ci ildə Sumqayıtda anadan olub.  2000-ci ildə Sumqayıtdakı 11 nömrəli tam orta məktəbi əla qiymətlərlə başa vurub.  2004-cü  ildə Bakı  Dövlət  Universitetini beynəlxalq münasibətlər ixtisası üzrə bitirərək magistr dərəcəsi alıb. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Böyük  Britaniyanın  Kembric Universitetində siyasi elmlər ixtisası üzrə doktorantura təhsili alır.


Günel  HÜSEYNOVA,
Kembric Universitetinin tələbəsi 

1983-cü ildə Goranboy rayonunda anadan olub. 2000-ci ildə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbi əla qiymətlərlə  bitirib.  2004-cü ildə Azərbaycan Tibb Universitetini  (ATU) əczaçılıq ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. 2000-2006-cı illərdə ATU-da  əczaçılıq ixtisası üzrə  magistr təhsili alıb. 2011-ci ildə Böyük  Britaniyanın  Qlazqo Universitetində magistr  təhsilini başa vurub. Hazırda  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük  Britaniyanın  Kembric Universitetində biologiya ixtisası üzrə doktorantura təhsili alır.


Nadir HÜMBƏTƏLİYEV,
Kembric Universitetinin tələbəsi
 

1985-ci ildə Bakıda anadan olub. 2001-ci ildə Bakıdakı 129 nömrəli tam orta məktəbi bitirib. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini istehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. 2005-2007-ci illərdə ADİU-da magistr təhsili alıb. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük  Britaniyanın  Kembric Universitetində iqtisadiyyat  ixtisası üzrə magistratura təhsili alır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov