Təhsil
Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin müxtəlif
ümumtəhsil məktəbləri və ali təhsil müəssisələrində
təhsil alan şagird və tələbələrin, habelə
professor-müəllim heyətinin iştirakı ilə "Bayraq yürüşü"
keçirilib.
Dövlət Bayrağı Günü ilə əlaqədar təşkil olunan yürüşdə
eyni zamanda Təhsil Nazirliyinin müxtəlif bölmə və
struktur rəhbərləri, millət vəkilləri, ictimai xadimlər
də iştirak ediblər.
Bayraq yürüşü Azərbaycanın Dövlət himninin
səsləndirilməsi ilə başlayıb. Sonra tədbiri giriş sözü
ilə açan təhsil nazirinin müavini Firudin Qurbanov qeyd
edib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa
etdikdən sonra başımızın üstündə dalğalanan üçrəngli
bayraq milli suverenliyimizin simvolu kimi, ölkəmizin
bütün vətəndaşları üçün müqəddəs dövlətçilik
rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq
Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq
məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri
ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycanın
müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq
ümummilli liderimiz Heydər Əliyev tərəfindən dövlət
rəmzi kimi təsdiq olunan bu bayraq həm də bizim
inkişafımızı, dünyaya açılışımızı simvolizə edir.
Sonra 500 nəfərdən çox iştirakçının qatıldığı yürüş
Milli Parkda yerləşən Paraşüt qülləsindən başlayaraq
Dövlət Bayrağı Meydanınadək davam edib. Yürüş
iştirakçıları Dövlət Bayrağı Meydanında "Bayraq muzeyi"
ilə tanış olub, xatirə fotoşəkli çəkdiriblər. |