Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

Güləşçilərimiz 2 bürünc və 1 gümüş medal qazanıblar

 

Dağıstanın Xasavyurt şəhərində keçirilən sərbəst güləş üzrə  6-cı "Qitələrarası Kubok"  beynəlxalq turniri başa çatıb. Azərbaycan Güləş Federasiyasının məlumatına görə, turnirdə iştirak edən yığma komandamızın üzvləri 2 gümüş və 1 bürünc medala sahib olub.

Məşqçilər David Kurtsiya və Saypulla Absaidovun rəhbərliyi altında Xasavyurtda mübarizə aparan güləşçilərimizdən Məhəmməd Müslümov (65 kq) və Aleksandr Qostiyev (86 kq) finala qədər inamlı təsir bağışlayıb. Ancaq finalda qələbəni əldən verən təmsilçilərimiz gümüş medalla kifayətlənib. Bürünc medalı isə yığmamıza 74 kq çəkidə mübarizə aparan Cəbrayıl Həsənov qazandırıb.

İdmançılarımız 65 kq-da mübarizə aparan Ağahüseyn Mustafayev və 125 kq çəkidə  Cəmaləddin Məhəmmədov həlledici görüşdə uduzaraq turniri 5-ci sırada tamamlayıb.  Beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Xanmirzə Məlikəliyev, Rövşən Azadov və Əbdül Nuriyev görüşlərin idarə olunmasında ölkəmizi təmsil edib. 

Hazırladı: Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov