Oktyabrın 30-da Ağdam rayon Quzanlı qəsəbə stadionunda
"Açıq Əyləncəli Futbol Məktəbləri" layihəsi üzrə Ağdam
bölməsinin yeni mövsümün təntənəli açılış mərasimi
keçirilib. Tədbirin əsas məqsədi müxtəlif sosial təbəqə
və etnik qruplardan olan uşaqlari xüsusu futbol
konsepsiyasından istifadə etməklə ümumi maraq naminə
birləşdirməkdən ibarətdir.
Təntənəli açılış mərasimində iştirak edən AFFA-nın
birinci vitse-prezidenti Rauf Əliyev, Milli Məclisin
deputatı Aqil Abbas, Ağdam RİH başçısının birinci
müavini Zülfü Qasımov, rayon gənclər və idman idarəsinin
rəisi Elnur Əhmədov müxtəlif yaş qrupları üzrə
yeniyetmələrin cəlb olunduğu turnirlərin əhəmiyyətindən,
uşaq futbolunun inkişafından danışıblar. |