Tərtər Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan
məlumatda bildirilir ki, xalqımızın ümummilli lideri
Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği
məqsədilə Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində
rayonun ümumtəhsil məktəblərinin on birinci sinif
şagirdləri üçün açıq tarix dərslərinə başlanılıb. Mayın
10-na kimi davam edəcək dərslərdə dahi rəhbərin zəngin
həyat və fəaliyyəti barədə məlumatlar veriləcək, müdrik
şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi və
azərbaycançılıq məfkurəsi, misilsiz tarixi xidmətləri
haqqında mühazirələr oxunacaq.
Dərslər rayonun təcrübəli tarix müəllimləri tərəfindən
tədris olunur.
Keçirilən növbəti dərslərdə şəhər 1 nömrəli və
Dəmirçilər kənd tam orta məktəblərinin XI sinif
şagirdləri iştirak ediblər. Şagirdlər şəhər 1 nömrəli
tam orta məktəbin tarix müəllimi Günel Əhmədovanın
"1994-1995-ci ilin mart, oktyabrında daxili və xarici
qüvvələr tərəfindən sabitliyin pozulmasının və dövlət
çevrilişləri cəhdlərinin qarşısının ulu öndər Heydər
Əliyev tərəfindən qətiyyətlə alınması" mövzusunda
məruzəsini dinləyib, dahi rəhbərin zəngin həyat və
fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən kitab və
fotoşəkillərlə tanış olublar. |