Sumqayıt Şəhər Təhsil Şöbəsindən aldığımız məlumatda
bildirilir ki, H.Aslanov adına 22 nömrəli tam orta
məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun təşkilatçılığı ilə "Ekoloji biliklərin
təbliği" mövzusunda tədbir keçirilib. Müvafiq qurumların
nümayəndələrinin, müəllim və şagirdlərin iştirak
etdikləri tədbirdə AMEA-nın Fəlsəfə və Hüquq
İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Sakit
Hüseynov dünyada ekoloji problemlər, respublikamızın
hazırkı ekoloji vəziyyəti barədə mühazirə oxuyub. Alim
demoqrafiya, ətraf mühit və məişət ekologiyasının
qarşılıqlı münasibətləri, urboekologiyanın problemləri
haqqında ətraflı məlumat verib.
Sonda suallar cavablandırılıb. |