Ucar Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə,
yeni dərs ilinin ilk günlərindən rayonun ümumtəhsil
məktəblərində işlərin düzgün təşkilinin
istiqamətləndirilməsi məqsədi ilə rayon təhsil şöbəsinin
metodmərkəzi 5 zona üzrə məktəblərin fənn birləşmə
rəhbərləri, praktik psixoloqları, uşaq birliyi
rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə il
çərçivəsində qarşıda duran vəzifələr və həmin
vəzifələrin həyata keçirilməsi yolları geniş müzakirə
edilib.Məktəblərdə fəaliyyət göstərən "Kiçik
Akademiya"ların praktik fəaliyyətinin yaxşılaşdırılması
istiqamətində işlərin təşkili, istedadlı şagirdlərin
seçilib müəyyənləşdirilərək onların istedadının inkişaf
etdirilməsi diqqət mərkəzində olub.
Rayon üzrə öz xüsusi istedad və bacarığı ilə fərqlənən
120 şagird seçilərək "Kiçik Akademiya"lara cəlb edilib.
Akademiyaların ayrı-ayrı bölmələri ilə işlərin
aparılmasına təcrübəli ixtisas müəllimləri təyin olunub
ki, onlar da ayrı-ayrı sahələr üzrə şagirdlərin kiçik
elmi-yaradıcılıq fəaliyyətini istiqamətləndirirlər.
Hazırda şöbənin təcrübəli metodisti Rəna Qasımova
xüsusi istedadlılarla və "Kiçik Akademiya"larla aparılan
işlərin düzgün istiqamətləndirilməsi, bu sahədə işlərin
daha da canlandırılmasına təhkim olunub. Həmin sahədə
ciddi iş aparılır. |