Qax Rayon Təhsil Şöbəsindən verilən məlumatda
bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondu "İlboyu bilik" proqramı çərçivəsində
"Qardaşlaşmış məktəblər" layihəsini davam etdirir.
Qax Rayon Təhsil Şöbəsindən verilən məlumatda
bildirilir ki, rayondakı 2 nömrəli şəhər
məktəb-liseyin şagirdləri Bakıdakı 158 nömrəli tam
orta məktəbin şagirdləri ilə görüşüblər.
Qax məktəblilərini paytaxtda Bilik Fondunun xüsusi
geyimlərində olan yaşıdları qarşılayıb. 158 nömrəli
məktəblə tanışlıqdan sonra məktəblilər Fəxri xiyabanda
ümummilli lider Heydər Əliyevin məzarını ziyarət
ediblər.
Sonra şagirdlər Bakının görməli yerlərini gəzib,
muzeylərdə olub, qədim şəhərin tarixi barədə geniş
bilgilər əldə ediblər. Qaxlı məktəblilər bu layihədə
iştiraklarından razı qaldıqlarını bildiriblər. Məktəblər
arasında "Qardaşlaşma sazişi" imzalanıb. Qaxlılar Bakı
məktəblilərini qonaq dəvət ediblər.
Layihə çərçivəsində məktəblilər Bilik Fondunda da
olublar. Fondla geniş tanışlıqdan sonra komandalar
arasında bilik yarışması keçirilib. Qaliblərlə yanaşı,
bütün iştirakçılar da mükafatlandırılıb. Məktəblilərə
kuboklar, sertifikatlar, təşəkkürnamələr, kitablar və
qiymətli hədiyyələr təqdim olunub. |