Qazax Rayon Təhsil Şöbəsindən verilən məlumatda qeyd
olunur ki, təhsilin informasiyalaşdırılması sahəsində
Dövlət Proqramının icrası nəticəsində hazırda hər 23
şagirdə bir kompüter düşür. Rayonun 18 məktəbi internet
şəbəkəsinə qoşulub.
V-VII siniflərdə dərs deyən 176 müəllim təlim
kurslarından keçib. 2 müəllim "Öyrədənin öyrədəni"
kursunun hər 3 mərhələsini başa çatdıraraq sertifikat
alıb.
Respublika rəsm müsabiqəsində rayon Uşaq Yaradıcılıq
Mərkəzinin dərnək üzvlərindən Jalə Yusifova, Sərxan
Xanbabayev, Nərgiz Carçıyeva və Həbibə Məmmədlinin əl
işləri seçilərək 100 ən yaxşı rəsm kataloquna daxil
edilib.
2014-2015-ci tədris ilinə aid fəaliyyət planına uyğun
olaraq rayon təhsil şöbəsində məktəb direktorları və
direktor müavinləri iIə təhsilin keyfiyyətinin
artırılması, tədrisin vəziyyəti, müəllimlərin
qarşılaşdığı problemlər və onların aradan qaldırılması
yolları haqqında maarifləndirici seminarlar keçirilib.
Yeni dərs ilinin noyabr-may aylarında XI sinif
şagirdlərinə Azərbaycan Respublikasının tarixinə aid
seçilmiş mövzuların tədrisini nəzərdə tutan fəaliyyət
planı hazırlanıb.
20 oktyabr-20 noyabr 2014-cü il tarixlərdə keçirilən
"Uşaq hüquqları aylığı" ilə əlaqədar fəaliyyət planına
uyğun olaraq müvafiq işlər aparılır. Həmçinin Ümumdünya
Poçt İttifaqının tövsiyəsi ilə Azərbaycan Respublikası
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt"
MMC-nin ümumtəhsil məktəblərinin şagirdləri arasında
inşa müsabiqəsinin keçirilməsi ilə əlaqədar ümumtəhsil
məktəbləri məlumatlandırılıb. |