Zaqatala Rayon Təhsil Şöbəsindən verilən məlumatda
deyilir ki, rayonun Yuxarı Tala kənd 2 nömrəli tam orta
məktəbində tikinti işləri başa çatmaq üzrədir. Hazırda
Yengiyan kəndində isə yeni məktəb binasının
tikintisinə başlanıb.
VII siniflərdə kurikulumun tətbiqi ilə əlaqədar
ayrı-ayrı fənlər üzrə kurslar təşkil edilib və həmin
siniflərdə dərs deyən 400-ə yaxın müəllimin bu kurslarda
iştirakı təmin edilib.Məktəblərdə XI sinif şagirdlərinə
dərsdənkənar vaxtlarda müstəqil Azərbaycan
Respublikasının tarixinə aid seçilmiş mövzuların tədrisi
üçün hazırlıq işləri aparılıb və buna aid dərslərin
qrafiki tutulub. Dərsləri tədris edəcək müəllimlərin
tərkibi dəqiqləşdirilib, tezislər üzrə mövzular
hazırlanıb və artıq dərslərin keçilməsinə başlanıb.
Ümumtəhsil məktəblərində dərsliklərlə təminat proqramı (
2006-2015-ci illər) tam öz həllini tapıb və nəticədə
86000 ədəd dərsliyin məktəblərə çatdırılması təmin
edilib.
Azərbaycan və Türkiyənin dəyərli şəxsiyyətlərini
öyrənmək və təbliğ etmək məqsədi daşıyan "Hər mövsüm bir
işıq" adlı layihəyə rayonun ümumtəhsil məktəbləri
qoşulub, layihənin şərtlərinə uyğun inşa yazı işləri
oktyabr ayında müvafiq elektron ünvana göndərilib.
Hazırda rayonun ümumtəhsil məktəblərinin IX-XI
siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara
sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin
stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan
istedadlı şagirdlərin aşkar edilməsi məqsədilə
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Sabahın
alimləri" IV Respublika müsabiqəsində müvəffəqiyyətli
iştirakı üçün tədbirlər həyata keçirilir. |