Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Validə
Həsənovanın verdiyə məlumata görə, yeni tədris
ilində Saatlı rayonu ərazisindəki, Əlisoltanlı Fin
qəsəbəsində məskunlaşmış məcburi köçkünlər üçün
tikilmiş yeni qəsəbədə rayonun Tatar kənd tam orta
məktəbi üçün hər cür şəraiti olan, bütün inventar və
avadanlıqlarla təmin edilmiş 198 şagird yerlik və
Hacıqabul rayonunun Qızılburun qəsəbəsində salınmış
məcburi köçkün qəsəbəsində rayonun 7 nömrəli tam orta
məktəbi üçün 150 şagird yerlik məktəb binası tikilərək
istifadəyə verilib. Ümumtəhsil məktəblərində hərbi
vətənpərvərlik tərbiyəsinin səviyyəsini yüksəltmək,
şagirdlərdə hərbi peşələrə marağı artırmaq məqsədilə
səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət
Xidmətinin Cəbrayıl rayon bölməsinin əməkdaşlarının
iştirakı ilə ümumtəhsil məktəblərinin gənclərin
çağırışaqədərki hazırlığı rəhbərlərinin birgə tədbiri
keçirilib. Tədbirdə məcburi köçkün məktəblərindən olan
məzunların ölkənin müxtəlif ali hərbi məktəblərinə
qəbulu səviyyəsi müzakirə edilib, şagirdlərin bu sahəyə
maraq və meyillərinin artırılması üçün mütəmadi
tədbirlərin keçirilməsi tapşırılıb.
Rayonun I-VII siniflərində kurikulumun tətbiqi ilə bağlı
176 müəllim kursdan keçərək sertifikat alıb. Məktəblərdə
metodmərkəz tərəfindən yeni proqpam və dərsliklərlə
bağlı işin təşkili, fənn kurikulumlarının tətbiqi,
təhsilin keyfiyyətcə yaxşılaşdırılması ilə bağlı işlər
görülür. Yuxarı sinif şagirdlərinin zərərli vərdişlərdən
qorunması, kiçik yaşlardan hərbi ruhda böyümələri,
vətənpərvərlik ruhunda müxtəlif tədbirlər keçirilir.
Görkəmli şair Əhməd Cavadın yaradıcılığına həsr edilmiş
"Hər mövsüm bir işıq" adlı rayonun ümumtəhsil
məktəblərinin şagirdləri arasında inşa yazı müsabiqəsi
keçirilib.
Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikası
İnsan Hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə ənənəvi
olaraq 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq
Hüquqları Konvensiyasına qəbul edilməsinin ildönümü
ərəfəsində respublikamızda "Uşaq hüquqları aylığı" elan
edilib. |