Bakıdakı E.Yəhyayev adına 56 nömrəli tam orta məktəbin
direktoru Hicran Qarabəylidən redaksiyamıza daxil olan
məlumatda bildirilir ki, yuxarı sinif şagirdləri
"AzərSun Holding İstehsalat Birliyi"nin çay fabrikində
ekskursiyada olublar. Şagirdlər fabrikdə
istehsalatla, yeni texnologiyalarla yaxından tanış
olub, çayın çeşidlənməsi, qablaşdırılması, əhaliyə
təqdim olunması prosesini maraqla izləyiblər.
Sonda şagirdlərin sualları cavablandırılıb. Ekskursiya
diskussiya şəklində başa çatıb.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |