Azərbaycan Dövlət Aqrar Universitetindən redaksiyamıza
daxil olan məlumata görə, cari ilin sentyabr ayında
müvafiq ixtisas üzrə təhsil alan beş tələbə 5 ay
müddətinə Türkiyənin Səlcuq Universitetinə təcrübəyə
göndərilib. Türkiyənin Ankara Universiteti ilə
əməkdaşlıq müqaviləsi çərçivəsində Azərbaycan Dövlət
Aqrar Universitetinin (ADAU) baytarlıq ixtisası üzrə
daha dörd tələbəsi 2014-cü il noyabrın 1-dən 2015-ci il
yanvarın 30-dək qardaş ölkədə kliniki təcrübə keçəcək. |