Bakı Slavyan Universitetində Azərbaycanın Milli
Qəhrəmanı, təyyarəçi Əsəd Əsədovun xatirəsinə həsr
olunan anım mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Qarabağ uğrunda döyüşlərdə
həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla
yad ediblər.
Sonra BSU-nun rektoru, professor Asif Hacıyev vətən
yolunda canından keçən Milli Qəhrəmanın döyüş yolundan
danışıb. Qeyd olunub ki, 1992-ci ildə Xocalıda mənfur
ermənilər tərəfindən törədilmiş qanlı hadisələr zamanı
təyyarəçi Əsəd Əsədov mərdlik göstərib. 1993-cü il
oktyabrın 29-da Zəngilanın işğalı zamanı şəhid olaraq
Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Anım tədbirində çıxış edənlər şəhid Əsəd Əsədovun
Vətən yolunda göstərdiyi qəhrəmanlığından söhbət
açıblar.
Şəhidin ailə üzvləri və qohumları belə bir tədbiri
təşkil etdiyinə görə universitetin rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər. |