Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

Qafqaz Universitetində təqdimat olub

 

Qafqaz Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə görüş keçirilib. Professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbiri universitetin ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Natiq Paşa açaraq qonaqları təqdim edib.

Bilik Fondunun baş məsləhətçisi, sosiologiya elmləri doktoru, professor Rəfail Həsənov Fondun məqsədləri və fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, fondun yaradılmasında əsas məqsəd müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin etməkdən ibarətdir. Eyni zamanda gənclərdə vətənpərvərlik, azərbaycançılıq məfkurəsinin aşılanmasına xidmət göstərmək də fondun əsas fəaliyyət istiqamətlərindəndir. Fond tərəfindən "Qardaşlaşmış məktəblər", "Dini abidələrdə tarixin izləri",  "Auditoriya", "Ustad və şəyird", "Epizod" və c. kimi layihələrin reallaşdırıldığını diqqətə çatdıran sosioloq tələbələrə öz layihələri ilə fonda müraciət etmələrini təklif edib. Rəfail Həsənov fonda üzvlük prinsipindən də bəhs edərək, istənilən şəxsə Bilik Fondunun üzvü olma imkanı verildiyini bildirib.

Tədbirin sonunda tələbələrin və müəllimlərin sualları cavablandırılıb. 

Y.ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov