Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

"Qarabağ-İKT məktəbi" layihəsi çərçivəsində tədbir keçirilib

 

Böyütmək üçün şəkili seçinNoyabrın 3-də Azərbaycan Müəllimlər İnstitutunda "Qarabağ-İKT məktəbi" gənclər arasında Qarabağ mövzusunda informasiya texnologiyalarından faydalı istifadənin təbliği" layihəsi çərçivəsində təlim keçirilib. Tədbiri giriş sözü ilə açan dosent Razim Məmmədov müasir gənclərin İKT-dən daha çox istifadə etdiyini və bu yolla Qarabağda, ümumilikdə Azərbaycanda baş verən  bütün faciələrin dünyaya çatdırılmasında rol oynadıqlarını bildirib.

Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində dövlət başçısı cənab İlham Əliyevin uğurlu fəaliyyətindən, ölkəmizin nailiyyətlərindən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasının müsbət nəticələrindən danışılıb.

Tədbirdə çıxış edən "Üfüq" Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri Nail Şükürov rəhbəri olduğu və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirilən bu layihənin məqsədləri barədə iştirakçıları məlumatlandırıb.  O qeyd edib ki, əsas məqsəd İKT vasitəsilə bütün həqiqətləri dünyaya çatdırmaq, gənclər arasında Qarabağ mövzusunda informasiya texnologiyalarından faydalı istifadəni təbliğ etməkdən ibarətdir. Daha sonra www.virtualkarabakh.az saytı, onun sosial şəbəkələrdə təbliği, eləcə də xəbərlərin daha effektli paylaşılması yolları təqdim edilib.

Sonda layihədə iştirakına görə tələbələrə şəhadətnamə, Qarabağla bağlı foto və videomateriallardan ibarət disk və təbliğat bukletləri təqdim edilib. 

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov