Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

ADMİU-da "Ustad dərsləri" davam edir

 

Noyabrın 3-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində  yeni dərs ilində təşkil edilən  "Ustad dərsləri" layihəsi  çərçivəsində Gürcüstan  Dövlət  İlia  Universitetinin  İncəsənət  üzrə Tədqiqat  İnstitutunun  direktoru, professor Levan Xetaquri teatrşünas, rejissor, aktyorluq fakültəsində təhsil alan tələbələr üçün  "Müasir teatr və özünü ifadə üçün yeni dil" mövzusunda "ustad dərsi" verib. Professor çıxışında mərhələli şəkildə teatrın yaranması, tarixi, XX əsrdə teatr, yeni aktyorların hazırlanması, teatrın müxtəlif cərəyanlarda keçdiyi inkişaf yolu, onun müxtəlif formaları, müasir rejissorların yetişməsi haqda geniş söz açaraq,  dərsini videosıra ilə slayd şəklində nümayiş etdirib.

Xatırladaq ki, "Ustad dərsləri" layihəsində ilk məşğələ sentyabr ayında, İngiltərədə yaşayan həmvətənimiz, caz ifaçısı  Səbinə Hacıyeva tərəfindən keçirilib. Növbəti "Ustad dərsləri" noyabr ayının 6-7-də  ABŞ-ın Beynəlxalq Teatr İnstitutunun  Treninq və Təhsil Komitəsinin  vitse-prezidenti Piter Qoldfard, İspaniyanın Barselona Teatr İnstitutunun professoru Boris Daussa-Pastor Böyük Britaniyanın tanınmış  teatr rejissoru, yazıçı, bəstəkar Patrik Kunen tərəfindən keçiriləcək.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov