Bakının
Nizami rayonunda yerləşən 229 nömrəli tam orta
məktəbdə Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya
Günü münasibəti ilə tədbir keçirilib. Məktəbin həyətində
təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın ərazi
bütovlüyü, torpaqlarımızın qorunması uğrunda
canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Dövlət himni və "Koroğlu" operasından uvertüra ilə
başlanan tədbirə məktəbin "Şahinlər" komandasının marşı
ilə təntənəli şəkildə Dövlət bayrağı gətirilib və
zirvəyə qaldırılıb. Tədbiri giriş sözü ilə məktəbin
direktoru Fəridə Bağırova açaraq qonaqları, müəllimləri
və şagirdləri bu iki bayram münasibəti ilə təbrik edib.
O, Dövlət bayrağı və Konstitusiya günlərinin yaranma
tarixləri haqqında tədbir iştirakçılarına geniş məlumat
verib. Ümummilli lider Heydər Əliyevin misilsiz
xidmətlərindən, humanizm və milli birlik ideyalarından
söz açılıb.
Tədbirin aparıcıları IX sinif şagirdləri Ofeliya
Nəbiyeva, Nəzrin Babayeva ölkə başçısı cənab İlham
Əliyevin güclü siyasəti sayəsində Azərbaycanın Dövlət
bayrağının tezliklə Qarabağda dalğalanacağına
inandıqlarını əminliklə bildiriblər.
Məktəbin IX sinif şagirdlərinin ifasında vətənpərvərliyi
tərənnüm edən mahnılar, şeirlər səsləndirilib.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |