Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

Dalğalan, bayrağım! Ucal, bayrağım!

 

Böyütmək üçün şəkili seçinBu sözlər Bakıdakı 263 nömrəli tam orta məktəbdə Dövlət Bayrağı Günü münasibəti ilə keçirilən tədbirdə ən çox səslənən sözlər idi.

Tədbiri hazırlayan III "a" sinfinin şagirdləri Təranə müəllimin fortepianonun dillərindən pərdə-pərdə havalandırdığı şən, könülaçan musiqiyə Vətən, bayraq adına yazılan məşhur misralarla "naxışlar" vururdular. Azərbaycan sevgisi, Vətən öygüsü Fidanın, Leylanın, Nəzrinin, Zülfünün ifalarında səsləndikcə bütün salonu alqış sədası bürüyürdü. Qüruru simasından duyulan Seymurun "Gətirin mənim azadlığımı! Gətirin mənim müstəqilliyimi!"  çağırışından sonra səhnəyə üçrəngli, ay-ulduzlu bayrağımız gətirildi.

Tədbirin aparıcıları Şəhla İsayeva və Hüseyn Quluzadə suverenliyimizin rəmzi haqqında ürək sözlərini tamaşaçılarla bölüşdülər.

Tədbirdə nümayiş olunan slaydlar da tamaşaçılar tərəfindən maraqla qarşılandı.

Novruz, Fidan, Nigar, Leyla, Səbinə, Adilə, Zülfü, Orxan Dövlət bayrağının tarixi haqqında bilgilərini nümayiş etdirdilər.

Sonra səhnədə mavi, qırmızı, yaşıl geyimli üç qızın gözəllik yarışı başladı. Hərə özünü öydü, özünü təriflədi. Sonda üçü də birlikdə daha gözəl olduqlarını dərk etdilər, əl-ələ verib doyunca şənləndilər.

Milli geyimli balaca rəqqasın- Orxanın çıxışı bu düşüncələri daha da qanadlandırdı.

Məktəbin direktoru Nəsimi Abbasov belə gözəl tədbir hazırladıqları üçün III "a" sinif şagirdlərini, ibtidai sinif müəllimi Tamella Zeynalovanı təbrik etdi.

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev 9 noyabr - Dövlət Bayrağı Gününə həsr etdikləri tədbiri yüksək səviyyədə hazırladıqları üçün üçüncülərə və onların sinif rəhbərinə təşəkkürlərini bildirdilər.

Tədbir əlamətdar gün münasibətilə məktəbin şagirdləri arasında referat yazı, inşa və rəsm nominasiyaları üzrə keçirilən müsabiqədə fərqlənənlərə fəxri fərmanların təqdim olunması ilə yekunlaşdı - Aynur Abbaslı, Əli Qənbərov, Nisə Hacıyeva, Sədaqət İsmayılova və Cəlal  İsmiyev ikiqat sevinc yaşadılar. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov