Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

"Breyn-rinq" intellektual oyunu keçirilib

 

Bakıdakı  İ.Əbilhəsənov adına 42 nömrəli  tam orta məktəbdə  9 noyabr - Bayraq Gününə  həsr olunmuş "Bir kərə yüksələn bayraq, bir daha enməz" başlığı altında tədbir keçirilib. Tədbiri məktəbin direktoru Firəngiz Həmidova açaraq 9 noyabr Bayraq Günü münasibətilə  iştirakçıları təbrik edib. F.Həmidova  hər il qeyd olunan bayraq gününün  məktəbdə böyük ruh yüksəkliyi ilə qeyd olunduğunu, Prezident İlham Əliyevin məlum fərmanı ilə dövlətimizin əsas atributuna  olan hörmət və ehtiramın daha da artdığını qeyd edib.

Tədbirin I hissəsində  ibtidai sinif şagirdlərinin iştirak etdiyi rəsm müsabiqəsi keçirilib. Müsabiqədə müxtəlif siniflərdən 10 şagird iştirak edib. Şagirdlərdən Lalə  Alməmmədli,  Nəsib Vəliyev,  Məryəm Qafarlı  ən yaxşı rəsm  əsərinə  görə  fərqləndikləri üçün  müvafiq olaraq I, II, III yerlərə layiq görülüblər.

II hissədə yuxarı siniflər arasında  "Breyn-rinq" intellektual oyunu keçirilib. Yarışmada məktəbin 8-9-cu sinif şagirdlərindən ibarət 4 komanda: "Qarabağ",  "Flaqman", "Zəka"  və   "Qələbə"  mübarizə aparıb. Çox maraqlı keçən yarışmada "Zəka" komandası qalib gəlib. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Tədbir 11-ci sinif şagirdi  Salman Quliyevin ifasında "Azərbaycan" mahnısı və istedadlı şagirdlərin söylədiyi  şeirlər,  rəqslər, mahnılarla yekunlaşıb.

R.ZİYADOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov