Təhsil
Nazirliyinin Telefon Məlumat
Mərkəzinə
("Qaynar
xətt"
xidməti,
telefon:
146),
Kommutator xidmətinə
daxil olan zənglər
və
Vətəndaşların
Qəbulu
Mərkəzində
2014-cü
ilin oktyabr ayında
vətəndaşlara
göstərilən
xidmətlərlə
bağlı
statistika açıqlanıb.
Statistikaya
əsasən,
Telefon Məlumat
Mərkəzinə
5659
zəng
(2013-cü
ilin müvafiq
dövrü
ilə
müqayisədə
5,7
dəfə
çox)
və
Kommutator xidmətinə
3000-ə
yaxın
zəng
daxil olub.
Vətəndaşların
Qəbulu
Mərkəzində
isə
4990
vətəndaşa
xidmət
göstərilib.
Telefon Məlumat
Mərkəzinə
və
Vətəndaşların
Qəbulu
Mərkəzinə
daxil olmuş
müraciətlər,
əsasən
sorğu
xarakterli olub.
Müraciətlərin
əksəriyyəti
dərhal
cavablandırılıb
və
operativ həll
edilib.
1234
vətəndaş
sorğularına
uyğun
olaraq,
elektron qaydada Təhsil
Nazirliyinin müvafiq
məsul
şəxslərinin
qəbuluna
yazılıb.
Vətəndaşların
Qəbulu
Mərkəzində
1352
sənəd
(528 ərizə,
650
məktub,
174
digər
sənəd)
qəbul
olunub və
qeydiyyata alınıb.
Daxil olan müraciətlərdə
daha
çox
diplomların
tanınması,
müəllimlərin
yerdəyişməsi,
şagirdlərin
ümumi
təhsil
müəssisələrinə
yerdəyişməsi,
tələbələrin
bir ali təhsil
müəssisəsindən
digərinə
köçürülməsi
və
bərpası
ilə
bağlı
məsələlər
əksini
tapıb.
Qeyd edək
ki,
Telefon Məlumat
Mərkəzinə
ötən
ay
ərzində
ən
çox
həftənin
çərşənbə
(1356
zəng)
və
cümə
(1345
zəng)
günləri,
əsasən,
saat
14:00-dan
16:00-dək
müraciət
olunub.
Vətəndaşların
Qəbulu
Mərkəzinə
isə
həftənin
çərşənbə
(1211
müraciət),
cümə
(1155
müraciət)
və
cümə
axşamı
(1138
müraciət)
günləri,
əsasən,
saat
10:00-dan
12:00-dək
və
14:00-dan
16:00-dək
daha
çox
müraciət
edilib.
|