Noyabrın
6-da
Təhsil
Nazirliyində
kollegiya iclası
keçirilib.
Tədbirdə
kollegiya
üzvləri
ilə
yanaşı,
nazirliyin məsul
işçiləri,
müvafiq
struktur bölmələrin
və
şöbələrin
rəhbərləri,
ali təhsil
müəssisələrinin
rektorları
iştirak
ediblər.
Kollegiya iclasında
ali təhsil
müəssisələrinin
bakalavriat və
magistratura səviyyələrində
kredit sistemi ilə
tədrisin
təşkili,
SABAH qruplarının
yaradılması,
tələbə
kreditləri
və
qrantları
layihəsi,
ümumi
təhsil
müəssisələrinə
və
peşə
liseylərinə
müəllimlərin
işə
qəbulunun
nəticələri,
"2007-2015-ci
illərdə
Azərbaycan
gənclərinin
xarici
ölkələrdə
təhsili
üzrə
Dövlət
Proqramı"nın
icra vəziyyəti,
normativ-hüquqi
aktların
təsdiqi
mövzularındakı
məsələlər
müzakirə
olunub.
Təhsil
naziri Mikayıl
Cabbarov kollegiya iclasında
çıxış
edib.
Nazir
"Azərbaycan
Respublikasında
təhsilin
inkişafı
üzrə
Dövlət
Strategiyası"nın
qəbulundan
ötən
bir il
ərzində
həyata
keçirilən
islahatlar,
əldə
olunan nailiyyətlər,
qarşıda
duran vəzifələr,
mövcud
problemlər
və
onların
aradan qaldırılması
yolları
haqqında
fikirlərini
bildirib.
Sonra
çıxış
edən
məruzəçilər
müvafiq
məsələlər
haqqında
ətraflı
məlumat
verib,
bütün
bu sahələrdə
görülən
işlərin
əhəmiyyətindən
bəhs
ediblər.
Məruzələrdən
sonra müzakirə
olunan məsələlərlə
bağlı
müxtəlif
fikirlər
səsləndirilib
və
müvafiq
istiqamətlər
üzrə
həyata
keçiriləcək
tədbirlərin
səmərəliliyinin
artırılmasına
xidmət
edən
təkliflər
verilib. |