Noyabrın 8-də saat 14:00-da Təhsil Nazirliyi Azərbaycan
Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar "Bayraq
yürüşü" keçirəcək.
Yürüşdə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu
ümumtəhsil məktəblərinin təhsildə fərqlənən yuxarı sinif
şagirdləri, ali məktəblərin SABAH qruplarının və
"Gələcəyin müəllimi təqaüdü" alan tələbələri iştirak
edəcək.
Yürüşün keçirilməsində əsas məqsəd milli
atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı
Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin
tanıdılmasından ibarətdir.
"Bayraq yürüşü" marşrutunun Milli Parkda yerləşən
Paraşüt qülləsindən başlayaraq Dövlət Bayrağı
Meydanınadək olması nəzərdə tutulur. |