Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

"Təhsil" Respublika İdman Mərkəzinin komandası beynəlxalq festivalda uğur qazanıb

 

Böyütmək üçün şəkili seçinSentyabrın 20-dən 27-nə kimi Türkmənistanın Türkmənbaşı şəhərində 9 ölkənin nümayəndələrinin iştirakı ilə  Müstəqil Dövlətlər Birliyinə üzv ölkələr arasında "Məktəb idmanı" Beynəlxalq festivalı keçirilib. Festivalda  "Təhsil" Respublika İdman Mərkəzi 23 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub.  Ölkəmiz həmin festivalın proqramına daxil olan bütün idman növləri üzrə (mini-futbol, çimərlik voleybolu, stolüstü tennis, şahmat, basketbol)  yarışlarda iştirak edib. İdmançılarımız festivalda ilk dəfə iştirak etməsinə baxmayaraq, bütün idman növləri üzrə əzmlə mübarizə aparıblar.

"Təhsil" Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcovdan aldığımız məlumata görə, festivalın açılış mərasimində Türkmənistanın idman naziri və festivalın Təşkilat Komitəsinin sədri, fiqurlu konkisürmə üzrə dəfələrlə olimpiya,  dünya və Avropa  çempionu, Rusiya Federasiyası Dövlət Dumasının deputatı İrina Rodnina çıxış edərək idmançıları festival münasibətilə təbrik edib.

Tədbir çərçivəsində idmançılardan stolüstü tennis üzrə şəxsi yarışlarda Mətin Həsənzadə III, Nəzakət Qarayeva (məşqçi Əli Məmmədov) IV,  şahmatda komanda hesabında Tərlan Abdullayev, Zəhra Cəfərova (məşqçi Mahir Cəfərov) V, çimərlik voleybollu yarışlarında Çingiz Ağazadə, Süleyman Əhmədov (məşqçi Cəlil Baxtiozi)  V, basketbol üzrə Sali Al-Xuri, Marqarita İsmayılova, Fatimə Kazımova, Valeriya Bespalko (məşqçi Teymur Qafarov) IV, mini-futbol üzrə Ülvin Gülverdiyev, İlkin Mehdiyev, Lətif Məhəmmədov, Yasin Quluzadə, Nəcəf Səfərov, Bəyqaz Xəlilov, Şirin Şirinov (məşqçi Kamran Əliyev)  V yeri tutublar. Qeyd etmək lazımdır ki, yeganə olaraq respublikamızın komanda heyəti vahid formada iştirak edib. Çox yüksək səviyyədə keçirilən bu festival məktəblilərdə xoş əhvali-ruhiyyə yaradıb. Yarış ərəfəsində təşkil olunmuş  səyahətlər, gəzintilər  idmançılarımız üçün də  maraqlı olub.

Festivalın bağlanış mərasimi olduqca maraqlı keçib. Azərbaycanın milli rəqslərindən biri  olan "Tərəkəmə" rəqsini komandamızın üzvü, səkkiz yaşlı Zəhra Cəfərovanın milli geyimdə ifa etməsi alqışlarla  qarşılanıb. Respublikamızı təmsil edən idmançılar Türkmənistandan xoş təəssüratlarla qayıdıblar. Festival məktəbli idmançılar üçün dostluq körpüsü olub. Bu idmançılar və məşqçilərlə apardığımız söhbətdə də aydın ifadə olundu. 

 "Bizi yüksək səviyyədə qarşıladılar"  

"Təhsil" Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin stolüstü tennis üzrə məşqçisi Əli Məmmədov: "Sentyabrın  20-də  Türkmənistanın Aşqabad şəhərinə  getdik. Orada bizi yüksək səviyyədə qarşıladılar. Bir gecə qaldıqdan sonra səhərisi günü bizim nümayəndə heyətini Türkmənbaşı şəhərinə apardılar. 12 ölkənin komandası ilə lazımi səviyyədə mübarizə apardıq. Bizim bölmənin idmançılarından  Mətin Həsənzadə III  və Nəzakət Qarayeva IV yerləri tutdular. 

"Nəticə çox ürəkaçan oldu" 

İdman məktəbinin stolüstü  tennis üzrə yetirməsi Mətin Həsənzadə: "Türkmənistana yola düşməzdən əvvəl  yoldaşlarımızla həmişə müzakirə edərdik ki, biz yaxşı nəticələrlə qayıtmalıyıq. Məşqçilərimiz də bizimlə söhbətlərində deyirdilər ki, qabaqcıl yerləri tutmalıyıq. Bizlərə həyəcanlı  olmamağı və sərbəst şəkildə oynamağı tövsiyə edirdilər.

Yarış haqqında onu deyə bilərəm ki, çox yaxşı, uğurlu keçdi. Oyunlar nisbətən gərgin keçsə də, nəticə çox ürəkaçan oldu. Bizim komanda heyəti  vahid formada çıxış edirdi.   Mən həmin yarışda III yerə layiq görüldüm. Bu səfərdən çox razı qaldım".

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov