Hazırda dünyanın ən məşhur video portalı Youtube hesab
olunur. Lakin Youtube-da bəzən sizin hüquqlarınızı
pozan və ya əxlaq normalarına zidd olan video məzmunlar
yerləşdirilir. Bu cür xoşagəlməz videoların tez zamanda
Youtube-dan silinməsi üçün "şikayət et" bölməsindən
həmin videonu sayt administrasiyasına məlumat verə
bilərsiniz. Şikayət səbəbinizi əsaslandıraraq bu yolla
tez zamanda həmin videonun sayt administrasiyası
tərəfindən silinməsini təmin edə bilərsiniz. Aşağıda
qeyd olunmuş təlimatlara əsasən Youtube saytında
yerləşdirilən video məzmunları silə bilərsiniz:
1. İlk olaraq öz Google hesabınızla Youtube-a daxil olun

2. Şikayət etmək istədiyiniz videonu Youtube-da tapın
3. Həmin video məzmunun aşağı sağ tərəfində olan bayraq
formasında olan işarəyə klik edin

4. Bundan sonra açılmış sorğu pəncərəsində şikayət
etmənizə dair səbəblər görünəcək
5. Səbəbi seçdikdən sonra açılmış yeni sorğu
pəncərəsində yenidən şikayət səbəbinizi
dəqiqləşdirirsiniz.
6. Əgər istəsəniz, sorğunun sağ tərəfində öz
fikirlərinizi də qeyd edə və şikayət etmə səbəbinizi
daha da əsaslandıra bilərsiniz.
7. Bütün bunları etdikdən sonra sorğunu göndər əmrinə
klik etməlisiniz.

Şikayətə Youtube administrasiyası tərəfindən baxıldıqdan
sonra sizə bu barədə Google hesabınıza hansı tədbirin
görüldüyü barədə məlumat göndəriləcək. |