Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

Çətin və yaddaqalan parollar necə qoyulmalı?

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Mərkəzinin tövsiyələri 

Bildiyimiz kimi e poçt və sosial şəbəkə hesablarınızın oğurlanmasının əsas səbəblərindən biri də çox sadə parollardan istifadə etməyinizdir. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, istifadəçilər öz şifrələrini unutmamaları üçün ya 12345 kimi olduqca sadə şifrələrdən və yaxud telefon nömrələrindən və ya təvəllüdlərindən istifadə edirlər ki, bu da onların yaxından tanıya bilən adamlara asanlıqla onların hesablarına ələ keçirməyə imkan yaradır. Bu səbəbdən ETM çətin parolun qoyulması barədə tövsiyələrini sizə təqdim edir:

1. Bütöv bir sözü ifadə etməməlidir.

2. Ən azı 8 simvoldan ibarət olmalıdır.

3. Böyük və kiçik hərflərdən təşkil olunmalıdır.

4. Rəqəmlərdən istifadə olunmalıdır.

5. Simvollardan da istifadə olunmalıdır ( ~ ! @ # $ % ^ & * ( ) _ - + = { } [ ] \ |

: ; " ' < > , . ? /)

Məsələn, istifadəçilər bu qaydalara əməl etməklə Elçin90eLi kimi bir şifrə yarada bilər, lakin bu şifrəni çətin şifrə hesab etmək olmaz. Çünki bütöv sözü ifadə etmişdir (Elçin eli).

Bu halda çətin və yaddaqalan şifrə yaratmağın ən sadə üsulu sizə yaxın olan bir cümlənin baş hərflərindən istifadə etməkdir. Nəzərdə saxlayaq ki, həmin cümlədə hər hansı xüsusi rəqəmlərdən də istifadə olunması sizin şifrəni daha da  çətinləşdirəcəkdir. Məsələn:

Mənim balaca qardaşım İsmayıl 14 dekabr 2005-ci ildə Bakıda anadan olmuşdur.

Bu cümləni təşkil edən sözlərin ilk hərflərindən istifadə edərək şifrəmizi yaradırıq.

Mbqİ14d25iBao.

və yaxud qısa cümlədən istifadə edərək

Mən 1993-cü ildə Bakıda anadan olmuşam.

Həmin cümləni təşkil edən sözlərin ilk və son hərflərindən istifadə etməklə də öz  çətin parolunuzu yarada bilərsiniz:

mn13iəBaanom

QEYD: Əgər düşünürsünüzsə ki, bu cümləni unuda bilərsiniz, o halda həmin  cümləni bir yerdə qeyd edə və unutduğunuzda baxa bilərsiniz. Lakin həmin  cümləni harasa qeyd edərkən altından "parolum", "fb parolum" kimi ifadələrdən  istifadə etməməli olduğunuzu unutmayın. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov