Məktəb
lövhəsi ilk baxışdan göründüyü qədər heç də qədim
təhsil texnologiyası deyildir. Orta əsrlərin sonlarında
məktəblərdə, hətta evlərdə kiçikhəcmlı lövhələr olub,
lakin onlar bugünkü formada yalnız XIX əsrdən əvvəl
mövcud olmayıb. Kaliforniyadan olan yazıçı Lyüs Bazbinin
yeni kitabı ilk məktəb lövhələrinin yaranma tarixinə
həsr olunub. Müəllif hesab edir ki, sinfin mərkəzi olan
lövhə əvvəlki kimi dərs və tədris üçün ən yaxşı yerdir.
Lövhənin verdiyi imkanlar isə onun qarşısında işləyən
insanın fantaziyasından asılıdır. Bundan əlavə, bütün
sinfin qarşısında məsələ həlli ilə məşğul olan uşaq öz
həyəcan və qorxularının öhdəsindən necə gəlməyi və
uğursuzluqları dəf etməyi öyrənir. Məktəbdənkənar
vaxtlarda isə uşaqların çoxu məhz sonuncu çətinliklərlə
üzləşirlər.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında |