Böyük
Britaniya alimləri məktəbəqədər yaşlı uşaqların akademik
uğurlarının yaxşılaşdırılması üzrə tədbirlərin mümkün
nəticələrini modelləşdiriblər. Alimlər müəyyən ediblər
ki, bu tədbirlərin nəticələri özünü 16 yaşlı
yeniyetmələrin həyatında göstərir. Böyük Britaniyanın
Adelaida Universitetinin aparıcı tədqiqatçısı Katerina
Çittleborug hesab edir ki, sosial-iqtisadi çatışmazlıq
təhsil sahəsində hamıya tanış olan faktordur. Böyük
Britaniyada 12 min uşaq arasında aparılmış tədqiqatın
nəticələrinə istinad edən alimlər qeyd edirlər ki,
proqressiv təhsil və daha intensiv tədbirlər uşaqların
ali təhsil müəssisələrinə daxilolma imkanlarını artıra
və onların təhsillərini yaxşılaşdıra bilər. Bu
modeldən istifadə olunması yüksək təhsil səviyyəsinə
malik insanların sayını 5 faiz artıra, sosial-iqtisadi
qeyri-bərabərliyi isə 15 faiz azalda bilər. Yüksək
təhsilli insanların sayının artması öz növbəsində
iqtisadiyyatın inkişafına töhfə verə bilər. Beləliklə də
alimlərin qənaətincə, məktəbəqədər təhsil olduqca
vacibdir, çünki o, uşaqları düzgün yola
istiqamətləndirir. |