ABŞ-ın
"US News & World Report" jurnalı 2015-ci il üzrə ölkənin
ən yaxşı ali məktəblərinin reytinq cədvəlini açıqlayıb.
Tədqiqat gedişində bütün ölkə üzrə 1800 ali məktəb
təhlil olunub. Onlara 4 kateqoriya - bakalavr
təhsilindən tutmuş doktoranturaya kimi təhsil təklif
edən milli universitetlər, humanitar proqramları üzrə
bakalavr təhsilinə daha çox üstünlük verən kolleclər (Liberal
Arts College), regional universitetlər və regional
kolleclər aiddir. Reytinq tərtib olunarkən ümummilli
məktəb testlərinin nəticələri, bir tələbəyə çəkilən
xərclər, ali məktəbin yerləşdiyi yer, yaşayış, istirahət
və idmanla məşğul olmaq üçün şəraitin olması,
müəllim-tələbə nisbəti və digər faktorlar nəzərə alınıb.
Bu il ilk dəfə olaraq jurnal məktəbdə və kampusun
ərazisində baş vermiş qanun pozuntuları barədə statistık
göstəriciləri də açıqlayaraq onları şagird və
valideynlər üçün daha da əlyetərli edib. Bu nəticələr
reytinqin tərtib olunmasında nəzərə alınmasa da, hər
bir məktəbin profilində özünə yer alıb. Beləliklə də
ölkənin milli universitetlərinə ikinci ildir ki,
dalbadal Prinston Universiteti, ən yaxşı humanitar
kolleclərə isə 12 ildir ki, Uilyams Kolleci rəhbərlik
edir.
Ən yaxşı 10 universitet: 1.Princeton University,
2.Harvard University, 3.Yale University, 4.Columbia
University, 4.Stanford University 4.University of
Chicago, 7.Massachusetts Institute of Technology, 8.Duke
University, 8.University of Pennsylvania, 10.California
Institute of Technology.
Ən yaxşı 10 milli kolleclər: 1.Williams College,
2.Amherst College, 3.Swarthmore College, 4.Wellesley
College, 5.Bowdoin College, 5.Pomona College,
7.Middlebury College, 8.Carleton College, 8.Claremont
McKenna College, 8.Haverford College. |