Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

Onu tanımaq üçün ifasını dinləmək lazımdır

 

Rəhilə Məhərrəmova 1996-cı ildə Fizuli  rayonunun  Aşağı Yağlıvənd kəndində anadan olub. 2011-ci ildə  B.Əzimov adına  Araz Yağlıvənd kənd orta məktəbinin IX , 2006-cı ildə isə həmin kənddəki 7 illik uşaq musiqi məktəbinin V sinfini əla qiymətlərlə bitirib. Elə həmin il Azərbaycan Milli  Konservatoriyası nəzdində  Musiqi Kollecinin "Xalq çalğı alətləri" şöbəsinə qəbul olunub. Hazırda o, kollecin IV kursunda təhsil alır. Burada  ixtisas fənnindən Cəfər Qafarovun, muğam fənnindən isə Humay Qədimovanın sinfində təhsilini davam etdirir.

R.Məhərrəmova 2012-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrında kollecin yekun konsertində qızlardan ibarət muğam üçlüyü tərkibində fərqlənib.

2013-cü ildə görkəmli xanəndə Xan Şuşinskinin 110 illik yubileyi münasibəti ilə Xan Şuşinski Fondunun təşkilatçılığı ilə keçirilən tələbə gənclər arasında milli musiqi alətləri ifaçılarının respublika muğam müsabiqəsində  I yerə layiq görülüb. Azərbaycan Dövlət Neft Akademiyasında təşkil olunmuş,  Beynəlxalq Muğam Mərkəzində Xan Şuşinski müsabiqəsinin yekununa, Bakı Musiqi Akademiyasında, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən  konsertlərdə uğurlu  ifaları ilə  tamaşaçılarda xoş ovqat yaradıb.

Söhbət əsnasında müəllimi Cəfər Qafarov yetirməsi haqqında xoş sözlər söyləyərək bildirdi ki, artıq 3 ildir  Rəhilə sinfimdə təhsil alır. Bu müddət ərzində özünü  tələbkar bir tələbə kimi göstərib. Kollecimizin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov ona xüsusi diqqət göstərir. Nazim müəllim kollecdə təhsil alan qız tar ifaçılarına qayğı ilə yanaşır. Rəhiləni tanımaq üçün mütləq onun çalğısına qulaq asmaq lazımdır. Onun özünün xüsusi repertuarı var. İri formalı əsərlərdən S.Rüstəmovun, H.Xanməmmədovun, T.Bakıxanovun, F.Babayevanın tar üçün yazılmış "Konsert"ləri, S.Ələsgərovun tar üçün "Sonatina"sı və s. virtuoz əsərlərdən C.Rossini "Vilhelm Tell" operasından "Uvertüra", C.Cahangirov "Rondo", A.Bəbirov "Konsert pyesi"və s., lirik əsərlərdən A.Məlikov "Məhəbbət əfsanəsi" baletindən "Monoloq", V.Adıgözəlov "Laylay", "Qərənfil", D.Şostakoviç "Romans" və s. qeyd etmək olar. Azərbaycan və dünya bəstəkarlarının əsərləri onun ifasında çox gözəl alınır. Eləcə də muğamları yüksək məharətlə ifa edir. Sonuncu dəfə müsabiqədə uğurlu çıxışı zamanı münsiflər heyətinin sədri, görkəmli tarzən, respublikanın xalq artisti, professor Ramiz Quliyev Rəhilə haqqında çox yüksək fikirlər şöyləyib: -"Rəhilə, qızım, sənin digər qadın tar ifaçılarından üstün cəhətin  ondadır ki, sən klassik ifaya daha çox meyillisən və bu səndə çox gözəl alınır".

Rəhilənın arzusu Milli Konservatoriyaya daxil olmaq, milli alətimiz olan tarı  dünyaya tanıtmaqdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov