Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər
Təşkilatının üzvləri "Azərbaycanımızı kəşf edək"
layihəsi çərçivəsində Şəkiyə səfər edib.
Tələbələr Şəki şəhərində qədimliyi ilə seçilən Xan
sarayı, muzeylər, XVIII əsrdə Şərq memarlığı üslubunda
tikilmiş Yuxarı Karvansaray mehmanxana kompleksi, Alban
kilsəsi və digər mədəni-tarixi abidələr ilə tanış
olublar.
Sonra tələbələr arasında müxtəlif intellektual oyunlar
təşkil edilib və qaliblərə hədiyyələr verilib.
Layihənin əsas məqsədi tələbələrin Azərbaycanın qədim
tarixə malik ərazilərinin tarixi, mədəniyyəti və
coğrafiyası ilə tanışlıqdır.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |