Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rektoru Fərəh Əliyeva "British Council"in
Azərbaycan nümayəndəliyinin rəhbəri Elizabet Vayt ilə
görüşüb. Görüşdə bir sıra layihələr müzakirə olunub,
maraqlı təkliflər irəli sürülüb. Muzeyşünaslıq, teatr,
aktyor sənəti ilə bağlı məsələlər barədə danışılıb.
Təklif olunub ki, Böyük Britaniyada fəaliyyət göstərən
muzeylər, onların işi, mütəxəssislərlə universitet
arasında sıx əlaqə yaradılsın, təkmilləşmə, yeniləşmə,
müasirləşmə məqsədi ilə treninqlər, mühazirələr, "ustad
dərsləri" keçirilsin. Bu məsələlər yalnız muzey işi ilə
deyil, teatr, aktyor sənəti ilə bağlı da müzakirə olunub.
Böyük Britaniyadan rejissorların, teatr
mütəxəssislərinin dəvət olunması, onların müəllim və
tələbələrlə yeni metodika, yeni baxış və s. üzrə işi, "ustad
dərsləri"nin keçirilməsi, birgə tamaşaların,
myuzikllərin qoyulması nəzərdə tutulub. |