Sumqayıt Dövlət Universitetində (SDU) "Neft
strategiyasının sosial-iqtisadi nəticələri və insan
kapitalının formalaşması" mövzusunda elmi-nəzəri
konfrans keçirilib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından
AzərTAc-a bildirilib ki, konfransda ölkəmizdə həyata
keçirilən gənclər siyasətindən danışılıb, dövlətimizin
gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin neft
strategiyası və neft strategiyasının sosial-iqtisadi
nəticələri barədə məlumat verilib, ölkəmizin iqtisadi
inkişafında neft sektorunun əhəmiyyətindən söz açılıb.
Sonda gənclərin mövzu ilə bağlı sualları
cavablandırılıb. |