Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı
Komitəsinin (BDU THİK) təşkilatçılığı ilə pulsuz ingilis
dili conversationlarına start verilib. Oktyabrın 25-də
layihənin açılışı və ilk ingilis dili conversationu baş
tutub.
BDU-nun tələbələri üçün nəzərdə tutulan bu layihənin
məqsədi ingilis dilini təkmilləşdirmək istəyən, lakin
müəyyən səbəblərdən bunu edə bilməyən tələbələrə
universitet divarlarını tərk etmədən imkan yaratmaq və
dəstək olmaqdır. BDU THİK sədr müavini İlkin Şərifov
tədbiri və layihəni açıq elan etdikdən sonra "Jalal-i"
tədris mərkəzinin müəllimləri 70 nəfər gənclə birlikdə
ilk conversationu keçiriblər.
Qeyd olunur ki, gələcəkdə rus və digər dillər üzrə
conversation və dərslərin keçirilməsi planlaşdırılır.
Rəşid MUSTAFAZADƏ,
BDU THİK İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri |