Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

Naxçıvan Dövlət Universitetində Erasmus Mundus  proqramı ilə bağlı təqdimat

 

Böyütmək üçün şəkili seçinNaxçıvan Dövlət Universitetində ali məktəbin Erasmus Mundus  (HUMERİA) proqramında tələbə mobilliyi əsasında iştirakı ilə bağlı təqdimat keçirilib. Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq təhsilin mühüm strateji əhəmiyyətindən, Azərbaycanda milli təhsilin beynəlxalq səviyyədə inkişaf etdirilməsinə göstərilən dövlət qayğısından bəhs edib. Bildirilib ki, Naxçıvan Dövlət Universitetində dünyanın tanınmış ali məktəbləri ilə əməkdaşlıq, beynəlxalq layihələrə qoşulmaq istiqamətində bir sıra nailiyyətlər əldə olunmuşdur.

Rektor beynəlxalq layihələrin dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübə mübadiləsi, tədrisin səviyyəsinin yüksəldilməsi, beynəlxalq əlaqələrin inkişafı baxımından əhəmiyyətindən danışaraq tələbələri bu layihələrdə fəal iştirak etməyə səsləyib.

Erasmus Mundus layihəsinin koordinatoru, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov Erasmus Mundus  (HUMERİA) proqramı çərçivəsində görülən işlərlə bağlı məruzə edib. Qeyd edilib ki, Erasmus-Mundus Avropa Birliyi universitetləri ilə digər ölkələrin universitetləri arasında mübadilə və əməkdaşlıq əlaqələrini artıraraq dialoq və mədəni əlaqələrin inkişaf etdirilməsini hədəfləyən təhsil və tədqiqat proqramıdır. Layihə koordinatoru Naxçıvan Dövlət  Universitetinin üzv olduğu konsorsiumlar, 2011-2015-ci illəri əhatə edəcək ALRAKIS və 2013-2017-ci illərdə baş tutacaq HUMERIA  layihələri  haqqında danışıb. Qeyd olunub ki, mübadilə müddəti bakalavrlar üçün 6-10, magistrantlar üçün 10, doktorantlar üçün 10-20, post-doktorantlar üçün 6, akademik və ya idari heyət üçün 1 ay nəzərdə tutulur. Layihə çərçivəsində beynəlxalq münasibətlər ixtisası üzrə IV kurs tələbəsi Ağalar Məmmədov Çexiya Respublikasının Masaryk Universitetində, tərcümə (ingilis-Azərbaycan) ixtisası üzrə III kurs tələbəsi Güllü Rəhimova - Rumıniyanın Babeş-Bolyai Universitetində  iki semestr, simli alətlər ixtisası üzrə III kurs tələbəsi Dilarəxanım Məmmədli Rumıniyanın George Enescu Universitetində bir semestr ərzində təhsillərini davam etdirəcəklər. Çexiya Respublikasının Masaryk Universitetindən, Polşa Respublikasının Vrotslav Universitetindən olan iki doktorant isə təhsillərini Naxçıvan Dövlət Universitetində davam etdirəcəklər.

Tədbirdə Proqrama qoşulan əməkdaş ölkələr, tələbələrin iştirak etmək hüquqları, tələb olunan sənədlər, aylıq təqaüdlərin miqdarı barədə tələbələrin sualları cavablandırılıb. 

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov