Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

Təhsil Problemləri İnstitutunda müzakirə

 

Böyütmək üçün şəkili seçinOktyabrın 24-də Təhsil Problemləri İnstitutunda "Təhsildə müasir idarəetmənin prinsipləri" mövzusunda  məktəb direktorlarının və bir qrup institut əməkdaşının iştirakı ilə görüş keçirilmişdir. İnstitutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov müzakirədə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn vacib məsələlərdən danışdı. İnstitutun direktoru bildirdi ki, gələcəkdə 12 illik təhsil sisteminə keçidlə əlaqədar hazırkı kurikulumun məzmununda müəyyən dəyişikliklər də gözlənilir. 

Natiq bildirdi ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın üçüncü strateji istiqaməti təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizminin yaradılmasını nəzərdə tutur. Bunun üçün daha yaradıcı və bütün mexanizmləri özündə əks edən idarəetmə modelini yaratmaq zamanı gəlib. Bu modelin yaranması üçün tədris işində  özünü doğrultmuş, təcrübəsi, nəticəsi və göstəriciləri ilə seçilən yenilikçi məktəb direktorlarının dəstəyi lazımdır. Bunun üçün də məhz beynəlxalq arenada təmsil oluna biləcək bir idarəetmə modelini hazırlamaq müzakirənin əsas prioritet məsələlərindən biri olduğunu vurğuladı.

Müzakirədə MTTYM rəhbəri Elmina Kazımzadə, mərkəzin əməkdaşı Ülviyyə Mikayılova, 132-134 nömrəli təhsil kompleksinin direktoru Sara Xanlarova, 220 nömrəli məktəb-liseyin direktoru Almaz Əsgərova, Heydər Əliyev adına liseyin direktoru Fikrət Xəlilov, "Zəngi" liseyinin direktoru Bayram Heydərov, 83 nömrəli məktəb-liseyin direktoru Nəbi Mahmudov, fizika-riyaziyyat və informatika təmayüllü liseyin direktoru Tarıyel Talıbov, 6 nömrəli  tam orta məktəbin direktoru Gülşən Orucova, 27 nömrəli tam orta məktəbin direktoru Cəmilə Ramazanova, 46 nömrəli tam orta məktəbin direktoru Sevinc Budaqova, 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyeva, 263 nömrəli tam orta məktəbin direktoru Nəsimi Abbasov iştirak edirdilər.

Mövzu ətrafında maraqlı müzakirələr aparıldı. Məktəb direktorları bu müzakirənin məhz TPİ-də baş tutması və vacib məsələyə toxunulduğu üçün institutun rəhbərliyinə təşəkkürlərini bildirdilər. Bundan sonra idarəetmə ilə bağlı bu cür toplantının TPİ-də davamlı olaraq keçirilməsini arzu etdilər, "Təhsildə müasir idarəetmənin prinsipləri" mövzusuna dair rəy və təkliflərini söylədilər. 

Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov