Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

"Naxçıvan-90" kitab-albomun təqdimatı keçirilib

 

Böyütmək üçün şəkili seçinÖtən həftə Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş "Naxçıvan-90" kitab-albomun təqdimat mərasimi keçirilib. Tədbirdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri iştirak ediblər.

Qeyd edək ki, "Naxçıvan-90" kitab-albomu  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 14 yanvar tarixli Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm, Xarici İşlər, Təhsil nazirlikləri, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə hazırladıqları  tədbirlər planına əsasən nəşr olunub.

Mərasimi Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlayıb. Sonra söz mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevə verilib. Naxçıvanın tarixi haqqında geniş danışan nazir müavini muxtar respublikanın bugünkü inkişaf səviyyəsinə çatmasının ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirib.

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən qeyd olunan Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə bağlı silsilə tədbirlərin bu qədim diyarın tarixinin öyrənilməsində, müasir inkişafının təbliği baxımından mühüm rol oynadığını deyib.

Təhsil nazirinin müavini Firudin Qurbanov bugunkü tədbirin əhəmiyyətini xüsusi vurğulayaraq Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafından, bu tarixi diyarın ölkəmizə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən söz açıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə ölkəmizdə, eyni zamanda Naxçıvanda həyata keçirilən irimiqyaslı layihələrdən bəhs edən nazir müavini Firudin Qurbanov bu gün ulu öndərin siyasi kursunun layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanın ayrılmaz tərkib hissəsi  Naxçıvan Muxtar Respublikasına olan diqqət və qayğısından danışıb. Təqdimatı keçirilən "Naxçıvan-90" kitab-albomda Naxçıvan Muxtar Respublikasının tarixinin və mədəniyyət abidələrinin, turizm potensialının, bu qədim diyarın müasir inkişafının, füsunkar təbiətinin dolğun əksini tapmasının təqdirəlayiq olduğunu söyləyib.

Digər çıxış edənlər - AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatları  Eldar İbrahimov, Elmira Axundova Naxçıvan Muxtar Respublikasının milli dövlətçilik tariximizin, elmi, ədəbi-mədəni irsimizin formalaşmasında, zənginləşməsində mühüm rol oynamasından, aparılan irimiqyaslı quruculuq, abadlıq işlərindən söz açıblar.

Tədbirin sonunda iştirakçılar "Naxçıvan-90" adlı geniş kitab sərgisi ilə tanış olublar.  

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov