Qeyd edək ki, müsabiqə İntel korporasiyasının "Gələcək
üçün təhsil" proqramı, "Edumedia-Azərbaycan", "AZEDUNET",
"Ultra", "Dr.Web", Mədəd Azərbaycan və "Nar Mobile"
şirkətləri tərəfindən dəstəklənir.
Müsabiqənin I mərhələsinə 1105 layihə təqdim olunub.
Bunlardan 127-si müsabiqənin şərtlərinə uyğun
olmadığından qəbul edilməyib. İkinci mərhələyə
buraxılmış 978 layihə qiymətləndirilmək üçün müvafiq
Ekspert Komissiyasına təqdim olunub.
Müsabiqənin qaliblərinə Təhsil Nazirliyinin xüsusi
diplomları, noutbuklar, planşetlər, printerlər və digər
mükafatlar təqdim olunacaqdır. |