| 
						
						Təhsil Nazirliyinin təsis etdiyi "Bilik kuboku" uğrunda 
						breyn-rinq intellektual oyunları davam edir. Oktyabrın 
						26-da bu silsilədən növbəti oyun keçirilib. "Baku 
						Crystal Hall"da keçirilən və AzTV kanalı ilə yayımlanan 
						oyunda oktyabr ayının qalibi və breyn-rinqin növbəti 
						finalçısı məlum olub. 
						
						Öncə ayın finalına çıxmış "Nar Mobile", "Allians" və "Aypara" 
						komandalarının rəqibləri olacaq dördüncü finalçı 
						müəyyənləşdirilib. Bu məqsədlə finala çıxmayan 
						komandaların təmsilçiləri arasında keçirilən şans 
						oyununda "Ağdaş" komandasının üzvü  qalib gəlib və 
						komandasına ayın finalında oynamaq şansı qazandırıb. 
						
						İki seçim görüşündən birincisi də məhz bu komanda ilə "Allians" 
						arasında keçirilib. "Ağdaş" özünə rəqib seçdiyi "Allians"a 
						uduzub - 5:3. 
						
						İkinci seçim görüşündə qarşılaşan "Nar Mobile" və "Aypara" 
						arasında da maraqlı mübarizə gedib. 
						
						"Nar Mobile" 5:4 hesabı ilə qalib gəlib. 
						
						Finalda "Nar Mobile" ilə "Allians" oynayıblar. Hər iki 
						final görüşü eyni nəticə ilə - 5:1 hesabı ilə başa 
						çatıb. Rəqibindən üstünlüyü aşkar görünən "Nar Mobile" 
						oktyabr ayının qalibi olub və "Bilik kuboku"nun 
						finalında oynamaq hüququ qazanıb. Qalib komandanın 
						üzvlərinə mükafat olaraq oyunların sponsoru "Nar Mobile" 
						şirkətinin data kartları təqdim edilib.  
						
						
						Yusif ƏLİYEV,"Azərbaycan müəllimi"
 |