Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin "Ən
yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim
mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr
2007-ci il tarixli 2373 nömrəli Sərəncamını rəhbər
tutaraq 2013-2014-cü dərs ilinin nəticələri ilə əlaqədar
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələrinin keçirilməsinə başlanmışdır.
Müsabiqələrdə iştirak etmək üçün sənədlərin qəbulu rayon
(şəhər) təhsil şöbələrində 27 oktyabr-10 noyabr 2014-cü
il tarixlərdə aparılacaqdır. Təşkilat Komitəsinə
noyabrın 20-dək müsabiqədə iştirak etmək istəyənlərin
aşağıdakı sənədləri təqdim olunmalıdır:
"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi üzrə:
1. Müsabiqədə iştirakla bağlı məktəb direktoru və məktəb
həmkarlar təşkilatı sədrinin təhsil şöbəsində
(idarəsində) qeydiyyata alınmış birgə ərizəsi (forma
əlavə edilir) əsasında rayon (şəhər) təhsil şöbəsi
(idarəsi) müdirinin və TİAHİ rayon təşkilatı sədrinin
həmin məktəbin müsabiqədə iştirakının irəli sürülməsi
haqqında Təşkilat Komitəsinə birgə təqdimatı (forma
əlavə olunur).
2. Müsabiqədə iştirakla bağlı müəyyən edilmiş şərtlərə
məktəbin fəaliyyətinin uyğunluğu haqqında məlumat (müvafiq
forma üzrə şərtlər əlavə olunur).
3. Şərtlərlə əlaqədar məktəbin göstəricilərini təsdiq
edən sənədlərin kserosurətləri (məktəbin direktoru
tərəfindən təsdiq edilir).
4. Məktəbin fəaliyyəti haqqında R(Ş)TŞ(İ) müdirinin qısa
arayışı.
(2-4-cü bəndlərdə göstərilən tələblərə riayət edilməklə
məktəb direktoru və məktəb həmkarlar təşkilatının sədri
müsabiqədə iştirak üçün Təşkilat Komitəsinə birbaşa da
müraciət edə bilər).
"Ən yaxşı müəllim" müsabiqəsi üzrə:
1. Müsabiqədə iştirakla bağlı müəllimin təhsil şöbəsində
(idarəsində) qeydiyyata alınmış ərizəsi (forma əlavə
edilir) əsasında rayon (şəhər) təhsil şöbəsi (idarəsi)
müdirinin həmin müəllimin müsabiqədə iştirakının irəli
sürülməsi haqqında Təşkilat Komitəsinə məktubu (forma
əlavə olunur).
2. Müsabiqədə iştirakla bağlı müəyyən edilmiş şərtlərə
müəllimin fəaliyyətinin uyğunluğu haqqında məlumat (müvafiq
forma üzrə şərtlər əlavə olunur).
3. Şərtlərlə əlaqədar müəllimin göstəricilərini təsdiq
edən sənədlərin kserosurətləri R(Ş)TŞ(İ) tərəfindən
təsdiq edilir).
4. R(Ş)TŞ(İ)-nin məktubuna müəllimin fəaliyyətini
hərtərəfli xarakterizə edən arayış əlavə olunur.
Ceyhun BAYRAMOV,
Təhsil nazirinin müavini
27 oktyabr 2014-cü il |