"Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının
təşkilatçılığı ilə orta ixtisas təhsili müəssisələrinin
tələbələri arasında şahmat, dama, stolüstü tennis,
voleybol, basketbol üzrə respublika birinciliyi start
götürüb. Yarışlar oktyabr, noyabr, dekabr aylarını əhatə
edəcək. Ayrı-ayrı təhsil müəssisələrinin komandalarının
mübarizə apardıqları və Azərbaycan Dövlət Pedaqoji
Kollecinin idman zalında keçirilmiş dama yarışlarında
nəticələr artıq müəyyənləşib.
Neft və Energetika, Bakı Sənaye-Pedaqoji və Bakı
Humanitar kolleclərinin qızlardan, Bakı Sənaye-Pedaqoji,
Azərbaycan Texniki, Neft və Energetika kolleclərinin
oğlanlardan ibarət təmsilçiləri yarışlarda ilk üç yeri
tutublar. |