Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

İstedadlı şagirdlərin ifaları dinlənilib

 

Oktyabrın 22-də Q.Qarayev adına mərkəzi incəsənət məktəbində Rusiya Federasiyasında fəaliyyət göstərən "Yeni adlar" ictimai fondunun nümayəndələrinin iştirakı ilə Bakı, Sumqayıt, Xırdalan şəhərlərindəki 10-a yaxın musiqi və incəsənət məktəbi şagirdlərinin ifaları dinlənilib.

AzərTAc xəbər verir ki, məktəbin direktoru Kamal Paşazadə bildirib ki, dinləmələr zamanı Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Bakıya gəlmiş "Yeni adlar" ictimai fondunun nümayəndələri bu uşaqlar içərisindən beş nəfər istedadlı məktəblini seçəcək. Bu yeniyetmələrə "Yeni adlar" ictimai fondunun mükafatları veriləcək.

Bundan başqa, onların musiqi təhsilini Rusiyada davam etdirmələrinə kömək göstəriləcək, hər iki ölkəni təmsil edən istedadlı uşaqların birgə konsert proqramları təşkil olunacaq.

Həmçinin fondun nümayəndələri Bakı, Sumqayıt şəhərlərinin musiqi və incəsənət məktəblərində "ustad dərsləri" də keçəcəklər.

Sonra uşaqların ifalarının dinlənilməsinə başlanılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov