Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

Azərbaycanda "Facebook"da informasiya təhlükəsizliyinə dair maarifləndirici kitabça dərc olunub

 

Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən  "Facebook"da informasiya təhlükəsizliyinə dair maarifləndirici kitabça dərc olunub.

İnternet texnologiyalarının inkişafı sürətlə həyatımıza nüfuz etməkdədir. Bu ən çox özünü internetdə mövcud olan sosial şəbəkələrdə göstərir. Hər ötən gün sosial şəbəkə istifadəçilərinin sayı durmadan artır. Belə ki, bir çox insan sosial şəbəkələrsiz həyatını təsəvvür etmir və gündəlik olaraq müxtəlif məqsədlərlə (iş, əyləncə, ünsiyyət və s.) bu şəbəkələrdən istifadə edir.

Belə olan təqdirdə sosial şəbəkələrdə istifadəçilərin təhlükəsizliyi məsələləri də gündəmə gəlir. Sosial şəbəkə istifadəçilərinin ən çox qarşılaşdığı problemlər - hesablarının başqaları tərəfindən oğurlanması, onların adına saxta hesabların yaradılması, sosial şəbəkə vasitəsilə spam və virusların yayılması, istifadəçilərə məxsus şəkillərin xoşagəlməz şəkildə paylaşılması kimi hallardır. Buna səbəb isə istifadəçilərin öz hesablarının informasiya təhlükəsizliyini təmin etmələri barədə kifayət qədər məlumata malik olmamalarıdır. Azərbaycanda da bir sıra digər ölkələrdə olduğu kimi sosial şəbəkələr arasında istifadəçi sayına görə "Facebook" öndədir.

Bütün bu amilləri nəzərə alan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) yerli istifadəçilərə yönəlik maarifləndirici xarakter daşıyan kitabça hazırlayıb. "Facebook"da təhlükəsizlik məsələləri və arzuolunmaz hallarla mübarizə üsullarının qeyd olunduğu kitabça sosial şəbəkədə informasiya təhlükəsizliyinin təmin olunması məsələlərindən bəhs edir.

Kitabça Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən Facebook sosial şəbəkəsinin cari istifadə və təhlükəsizlik qaydaları əsasında hazırlanıb və tövsiyə xarakteri daşıyır. Kitabçada bəhs olunan mövzular isə əsasən aşağıdakı istiqamətləri əhatə edir:

- Facebook sosial şəbəkəsindən istifadə zamanı riayət etməli olduğumuz təhlükəsizlik qaydaları

- "Facebook" hesabınızın təhlükəsizliyi üçün ən əhəmiyyətli addımlar (xəbərdarlıq mesajı və təhlükəsizlik kodu)

- Oğurlanmış "Facebook" hesabını geri qaytarmaq üçün görülməli tədbirlər

- Spam və virusların "Facebook" vasitəsilə yayılma yolları ("Facebook" tətbiqləri, fişinq hücumlar və s.) və onlara qarşı təhlükəsizliyin təmin olunması üsulları

- Saxta hesablar

- "Facebook" hesabınızla bağlı əhəmiyyətli məlumatların əldə olunması

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ETM tərəfindən hazırlanan maarifləndirici kitabça informasiya təhlükəsizliyi mövzusunda məlumatlandırma və tövsiyə xarakteri daşıyır. Kitabçanın elektron versiyasını saytın Maarifləndirmə bölməsindən əldə edə bilərsiniz.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov