"MX Lab" e-poçt vasitəsi ilə yayılan "my new photo;)"
mövzulu yeni troyanı aşkar edib.
Bu troyan antivirus proqramları vasitəsi ilə çox çətin
aşkar edilir, saxta e-poçt mesajı vasitəsilə göndərilir.
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi
istifadəçilərə onlara göndərilmiş bu məzmunlu e-poçt
mesajlarını açmamağı və e-poçt mesajına əlavə edilmiş
faylı kompüterə yükləməməyi tövsiyə edir.
Mərkəz bildirir ki, e-poçt mesajına əlavə edilmiş arxiv
faylın adı photo.zip-dir, photo.exe fayl genişlənməsi
ilə 57 kb həcmindədir. Troyan "HEUR/QVM03.0.Malware.Gen"
və ya "Win32:Malware-gen." zərərli proqram təminatının
bir növüdür.
Onu da qeyd edək ki, 53 antivirus proqramından yalnız
2-si bu troyanı aşkar edə bilib. |