Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

Təhsil Problemləri İnstitutunun ən yeni nəşrləri

 

Böyütmək üçün şəkili seçinAzərbaycan Respublikasının Təhsil Problemləri İnstitutuna fəaliyyətlərini planlaşdırmaqda çətinlik çəkdikləri barədə müəllimlərin müəyyən qisminin mütəmadi müraciətləri olur. Onlara işlərini planlaşdırmaqda tövsiyələr verilməsini xahiş edirlər.

Təhsil Problemləri İnstitutu bu müraciətləri nəzərə alaraq ümumtəhsil məktəblərinin II siniflərində tədris olunan bütün fənlər üzrə, V-VII siniflərdə tədris olunan Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix, riyaziyyat, informatika,  fizika, kimya, biologiya, coğrafiya və həyat bilgisi fənləri üzrə müəllimlərə praktik kömək göstərmək üçün tematik planlaşdırma nümunələri hazırlamış və institutun Təhsil Texnologiyaları Mərkəzinin nəşriyyatında vəsait şəklində çap etdirmişdir. Planlaşdırmalar təxmini olmaqla nümunəvi xarakter daşıyır. Müəllimlər bu nümunələr əsasında özlərinin planlaşdırmasını hazırlayarkən şagirdlərin fərdi, psixoloji xüsusiyyətlərini, inkişaf səviyyələrini, təhsil şəraitlərini və özlərinin potensial imkanlarını nəzərə alacaqlar.

Müəllimlərə tövsiyə olunan planlaşdırma nümunələrində Azərbaycan dili və ədəbiyyat,  Azərbaycan tarixi, ümumi tarix, riyaziyyat, informatika,  fizika, kimya, biologiya, coğrafiya və həyat bilgisi  fənləri üzrə V-VII siniflərə aid məzmun standartları, yeni təlim strategiyaları əsas götürülmüş, mövcud dərsliklərə istinad edilmişdir. Eyni zamanda, yeni qiymətləndirmə mexanizmlərinə uyğun olaraq şagird nailiyyətlərinin dəyərləndirilməsi sistemində olan ardıcıllıq əsas götürülmüşdür. Mütəxəssislər və bir qrup müəllim tərəfindən hazırlanan tövsiyələr işçi qruplarında müzakirə olunaraq bəyənilmişdir. 

 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov