Bakı Slavyan Universitetinin mətbuat xidmətindən
redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatda
bildirilir ki, universitetdə ilk dəfə olaraq rektor
Asif Hacıyevin əmri ilə jurnalistika və Azərbaycan
filologiyası fakültəsinin II kurs tələbəsi Elcan
Məmmədov rektorun sosial məsələlər və tələbələrlə iş
üzrə müşaviri təyin olunub.
Gənc müşavir bildirib ki, bu işdə məqsəd tələbələrin
sosial problemlərinin həllinə dəstək olmaq və
rəhbərliklə tələbələr arasında sıx əlaqə yaratmaqdır.
Eyni zamanda rektorun digər əmri ilə Ali Eren Bugay
informasiya və kommunikasiya texnologiyaları və reklam
üzrə, Ayşad Əsgərli isə innovasiya texnologiyaları
üzrə rektor müşavirləri təyin olunub.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |